Ermənilərin Zəngilan məscidini tövləyə çevirməsi Ukrayna mətbuatında manşet oldu

Ermənilərin Zəngilan məscidini tövləyə çevirməsi Ukrayna mətbuatında manşet oldu

Hazırda oxunan: Ermənilərin Zəngilan məscidini tövləyə çevirməsi Ukrayna mətbuatında manşet oldu

1139

Ermənilərin Zəngilan məscidini tövləyə çevirməsi Ukrayna mətbuatında manşet oldu
Ukraynanın “news.24tv.ua” portalında Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi Zəngilan şəhərində ermənilərin məscidə barbar münasibəti ilə bağlı məqalə dərc edilib.

Bizim.Media-nın xəbərinə görə, məqalədə bildirilib ki, Zəngilan şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri ermənilərin məscidi dağıtdıqlarını və oranı donuz tövləsi kimi istifadə etdiklərini aşkar ediblər. Yazıda qeyd  olunur:

“Zəngilan rayonu Dağlıq Qarabağa daxil deyil və burada həmişə əsasən azərbaycanlılar yaşayıb. Ancaq Ermənistan Zəngilan rayonunu da işğal edib. Məscidin dəhşətli vəziyyətini əks etdirən videolar artıq sosial şəbəkələrdə yerləşdirilib. Görüntülərdə məscidin demək olar ki, dağıldığı və onun qalıqlarında sadəcə bir neçə donuzun olduğu görünür.  Düşmənin dini abidəyə olan barbar münasibətindən hətta hərbçilərin də şoka düşməsi diqqət çəkir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO