ABŞ Ukraynaya “Patriot” sistemləri göndərir - Hazırlıqlar başladı

ABŞ Ukraynaya “Patriot” sistemləri göndərir - Hazırlıqlar başladı

Hazırda oxunan: ABŞ Ukraynaya “Patriot” sistemləri göndərir - Hazırlıqlar başladı

113073

ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə tədarükü üçün hazırlıqlar başlayıb.

Bizim.Media Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba jurnalistlərə bildirib.

“Patriot” komplekslərinin tezliklə Ukraynaya çatdırılmasını gözləyirik. Artıq həmin sistemlərin tədarükü ilə bağlı hazırlıqlar başlayıb”, - Dmitro Kuleba belə deyib.

Nazirin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və müvafiq qurumlar silah tədarükü ilə bağlı yeni qərarlar üzərində işləyir.

Dekabrın əvvəlində ABŞ-ın hakimiyyət orqanları Ukraynaya ilk dəfə “Patriot” zenit raket kompleksi batareyasının da daxil olacağı 1,85 milyard dollarlıq yeni hərbi yardım paketini elan edib.
Moskva isə öz növbəsində Vaşinqtona xəbərdarlıq edib ki, Kiyevə bu cür silahlar verməsin. Əks-təqdirdə “Patriot” kompleksləri Rusiya ordusunun qanuni hədəfinə çevriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO