Zelenskidən BƏYANAT – “Rusiya ssenarisini pozmalıyıq”

Zelenskidən BƏYANAT – “Rusiya ssenarisini pozmalıyıq”

Hazırda oxunan: Zelenskidən BƏYANAT – “Rusiya ssenarisini pozmalıyıq”

113012

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun növbəti hücumalarına hazırlaşdıqlarını bəyan edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Telegram hesabında paylaşdığı video mesajında Rusiyaya qarşı davam edən müharibədə daha çox dəstək almaq üçün bəzi ölkələrin liderləri ilə telefon danışığı apardığını bildirib.

O, qeyd edib ki, gün ərzində Kanadanın baş naziri Castin Trüdo, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Hollandiyanın baş naziri Mark Rutte və Norveçin baş naziri Jonas Qahr Store ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Rusiyanın Ukraynaya qarşı yeni səfərbərlik hazırladığını iddia edən Zelenski “bu, tərəfdaşlarımızla birlikdə müdafiəmizi gücləndirməyimiz lazımdır”deyib.

Zelenski həmçinin Rusiya ssenarisini pozacaqlarını bəyan edib:

“Ssenarini pozmalıyıq. Biz buna hazırlaşırıq. Terrorçular uduzmalıdırlar. Yeni hücum etmək üçün istənilən cəhd uğursuzluğa düçar olmalıdır", -deyə o, bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO