Ukrayna son iki sutkada İrana məxsus 84 dronu məhv edib - RƏSMİ

Ukrayna son iki sutkada İrana məxsus 84 dronu məhv edib - RƏSMİ

Hazırda oxunan: Ukrayna son iki sutkada İrana məxsus 84 dronu məhv edib - RƏSMİ

112931

Yeni ilin ilk iki günündə Ukraynanın hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan 84 kamikadze dronunu məhv edib. Bu isə rus qoşunları tərəfindən atılan kamikadze dronlarının 100 faizidir.

Bizim.Media xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat məlumat verib.

O, qeyd edib ki, sentyabr ayından bəri Ukrayna qüvvələri düşmənin 500-ə yaxın pilotsuz uçuş aparatını məhv edib.

"Pilotsuz təyyarələrin hamısını məhv etmək üçün hazırlaşacağıq. Pilotsuz təyyarələri vururuq. Gördüyünüz kimi, iki günə - bu, Yeni il gecəsidir və Yeni ildən sonra 84 pilotsuz uçuş aparatının hamısı (100 faiz) hava hücumundan müdafiə vasitələri ilə vurulub.
Belə nəticələr heç vaxt olmayıb. Sentyabrın 11-dən bəri məhv edilən pilotsuz uçuş aparatlarının sayı 500-ə qədərdir”, - deyə İqnat əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO