Qazaxıstanın Almatı şəhərindəki dünya çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, turnirdə Azərbaycanı kişilərdən Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil ediblər.
Azərbaycanın kişi qrossmeysterlərindən 12,5 xal toplayan Rauf Məmmədov 28-ci, Aydın Süleymanlı 37-ci, 12 xallı Şəhriyar Məmmədyarov 40-cı, Məhəmməd Muradlı (11,5 xal) 66-cı, eyni xala malik Vasif Durarbəyli ilə Vüqar Əsədli (9,5) müvafiq olaraq 113-cü və 115-ci yerə layiq görülüblərsə, Abdulla Qədimbəyli 9 xalla 139-cu olub.
Norveçli şahmatçı Maqnus Karlsen isə növbəti dəfə dünya çempionu olub. O, rapid yarışlarından sonra blitsdə də (16 xal) birinci yeri tutub.
Qadınların yarışında isə ən yaxşı nəticəni göstərən Azərbaycan təmsilçisi Günay Məmmədzadə olub. O, 11 xalla 10-cu yeri tutub. 8,5 xala malik şahmatçılardan Ülviyyə Fətəliyeva 47-ci, Gövhər Beydullayeva 51-ci, Gülnar Məmmədova 53-cü, Xanım Balacayeva 55-ci pillədə qərarlaşıb. 8 xal qazanan Ləman Hacıyeva yarışı 61-ci sırada yekunlaşdırıb.
Turnirin qalibi qazaxıstanlı Bibisara Assaubayeva (13 xal) olub. Bundan əvvəl qadınların rapid növündə Tan Çjunyi (Çin) qalib gəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
03:31 / 31.12.2022
Karlsen yenidən dünya çempionu oldu
Hazırda oxunan: Karlsen yenidən dünya çempionu oldu
Hazırda oxunan: Karlsen yenidən dünya çempionu oldu
112544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.