Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyənin Rusiyada fəaliyyət göstərən 4 bankının filialına basqın edib.
Oxu.Az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hədəfində yalnız türk bankları olmayıb. Türkiyənin maliyyə qurumları ilə yanaşı, Rusiyanın 20 bankına da basqın edilib.
Məlumata görə, Türkiyənin “Ziraat Bankası”x9dnın bir şöbəsi, “Garanti Bankası”x9dnın “Garanti Bank Moskva”x9d, Rusiyanın “Sofiya Bankı”x9dnı alan “İş Bankası”x9dnın “İşBank”x9dı, “Fiba Holding”x9din “Gredit Europe”x9d, “Yapı kredi”x9dnin eyni adlı Moskva şöbəsi, habelə “Rusiya Sberbank”x9dın əsas iştirakçısı olan “Deniz bankası”x9d da Rusiyada fəaliyyət göstərir.
Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.
Ancaq Rusiyada bank sektorunda çalışan Türkiyə vətəndaşı deyib ki, əsas məqsəd türk banklarına və iş adamlarına təzyiq etməkdir:
““Çirkli pul”x9d bəhanəsi ilə bankları narahat edirlər”x9d.































































































