İrəvanın “Nubarşen”x9d həbsxanasında ömürlük həbs cəzasına məhkum olunmuş 8 məhkum aclıq aksiyasına başlayıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Aksiya iştirakçıları işlərinə yenidən baxılmasını tələb edirlər. Müvafiq müraciət Ermənistan prezidenti Serj Sarkisyana və ədliyyə nazirinə göndərilib.
Nazirlikdən gələn cavab məktubunda məhkumlara görüşlərin sayının artırılması və şərti-təcili azadlığa buraxılmanın əldə edilməsinin asanlaşdırılmasına dair işlər aparıldığı yazılıb.






































































































