Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının foyesində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotosərgisi nümayiş olunub.
Bizim.Media Report-a istinadən xəbər verir ki, sərgi Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi çərçivəsində baş tutub.
Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar, Silahlı Qüvvələrin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar sərgi ilə tanış olublar.
Sərgidə “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabı ilə yanaşı, nəfis tərtibatlı “Şuşa” kitabı, Türkiyə və Azərbaycan Prezidentlərinin bir araya gəldikləri tədbirləri əks etdirən fotolar, iki ölkənin qardaşlığını simvolizə edən şəkillər də yer alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:21 / 23.12.2022
Türkiyə Prezident Administrasiyasında Azərbaycan Prezidenti ilə bağlı fotosərgi nümayiş olunub - FOTO
Hazırda oxunan: Türkiyə Prezident Administrasiyasında Azərbaycan Prezidenti ilə bağlı fotosərgi nümayiş olunub - FOTO
Hazırda oxunan: Türkiyə Prezident Administrasiyasında Azərbaycan Prezidenti ilə bağlı fotosərgi nümayiş olunub - FOTO
111146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.