ABŞ-da Co Bayden administrasiyasının Donald Trampın son günlərdə xarici terror təşkilatları siyahısına əlavə etdiyi Husiləri siyahıdan çıxarmağa hazırlaşdığı açıqladı.
ABŞ mətbuatına açıqlama verən adı açıqlanmayan Dövlət Departamentinin yüksək vəzifəli məmuru Bayden administrasiyasının sözügedən addım barədə Konqresi məlumatlandırdığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ soyuq müharibəni “qızışdırdı” – DÜNYA yeni köhnə halına qayıdır
Məlumata görə Bayden administrasiyası qısa müddətdə işləri yekunlaşdıracaq və Yəməndəki husiləri rəsmi olaraq "xarici terror təşkilatları" siyahısından çıxaracaq.
Yeni administrasiyanın husilərə baxışında bir dəyişiklik olmadığını vurğulayan hökümət rəsmisi, sözügedən addımın Yəməndəki humanitar böhranın daha da pisləşməməsi üçün atıldığını bildirir.
Xatırladaq ki, Trump administrasiyası 20 yanvar tarixində Husiləri terrorçu təşkilatlar siyahısına əlavə etdiyini açıqlamışdı və qərar Yəməndəki humanitar böhranı daha da dərinləşdirəcəyinə dair narahatlıqla səbəb olmuşdu.
Rəvan Əliyev, Bizim.Media