Əlcəzair Fransanın cinayətkar hesab edilməsi üçün kampaniyaya başladı

Əlcəzair Fransanın cinayətkar hesab edilməsi üçün kampaniyaya başladı

Hazırda oxunan: Əlcəzair Fransanın cinayətkar hesab edilməsi üçün kampaniyaya başladı

11102

Əlcəzairdə Fransanın 1830-1962-ci illər ərzində davam edən müstəmləkə dövründə törətdiyi cinayət əməllərinə görə məsuliyyətinə cəlb edilməsi üçün ümummilli müraciət hazırlanır.

Müraciət layihəsinin müəlliflərindən olan millət vəkili Bilarbi Kamal bu addımın Fransanın cinayətlərini dünyaya tanıtmağı və Əlcəzair xalqının hüquqlarını müdafiə etməyi hədəflədiyinə diqqət çəkib.

Onun fikrincə, arxivlər açılmalıdır və Fransa törətdiyi əməllərə görə Əlcəzair xalqına təzminat ödəməlidir.

 

Kamal açıqlamasında Fransanın Əlcəzairdəki müstəmləkə dövrünü "görməməzlikdən gəlmək" də ittiham edib və bu istiqamətdə başladılan kampaniyada bir milyon imzanın toplanmasını hədəf alındıqlarını qeyd edib.


Xatırladaq ki, Əlcəzair 1830-cu illdən bəri davam edən Fransız müstəmləkəçiliyinə qarşı 1 noyabr 1954-cü ildə müstəqillik mübarizəsinə başlayıb. Fransanın qanlı əməllərinə müqavimət göstərən Əlcəzair 8 il davam edən mübarizə 1.5 milyon günahsız insanın həyatını itirməsinə səbəb olub.

 

MÖVZU İLƏ BAĞLI:

Fransa əlcəzairli müqavimətçilərin sümüklərindən sabun hazırlayıb?


Paris rəhbərliyi 1960-1966-cı illər arasında Əlcəzairdə 17 nüvə bombası sınağı həyata keçirdiyini qeyd edərkən, Əlcəzair rəhbərliyi bu rəqəmin 57 olduğunu bildirir.

Fransa Prezidenti Emmanuel Makron 2020-ci ilin iyul ayında fransız tarixçisi Benjamin Storaya "iki xalq arasında barışığa" nail olmaq üçün "müstəmləkə tarixi və Əlcəzair Müharibəsi" mövzusunu araşdırmağı tapşırmışdı.
 

Makronun 20 yanvar 2021-ci ildə hesabat aldığını, mövzu ilə əlaqədar işlərə davam etmək istədiyini və bu hesabatla bağlı bəzi təşəbbüslər göstərəcəyi açıqlamışdı. Ancaq bu günə qədər hər hansı bir nəticə ortaya çıxmayıb. 


Fransa hələ də Afrikadakı müstəmləkə tarixinin ən amansız və ən qanlı nümunəsi olan Əlcəzair cinayətlərini rəsmi olaraq tanımır.

Rəvan Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO