Dubay şəhzadəsi, Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Məhəmməd İbn Rəşid teleqramın banisi Pavel Durovla görüşüb.
Bizim.Media xəbər verir ki, bu haqda Şəhzadənin saytında məlumat yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Şahzadə Diananın heç yerdə yayımlanmayan fotoları
Telegramın baş ofisinin Dubayda yerləşməsi məsələsi ilə bağlı "Bloomberg"ə Pavel Durov açıqlama verib.
"Əgər bizə sınaq üçün şərait qurulsa dərhal işlərə başlayacayıq" deyə Durov açıqlamasında bildirib.
O qərbdə vergilərin çoxluğundan şikayətlənib.
Teleqramın banisi həmçinin Dubayın gələcək texnologiyanın inkişafına ayırdığı üstünlüklərdən danışıb.
Şəhzadə "dünyanın ən uğurlu şirkətlərinin" Dubayda bir yerə toplamağın üstünlüyünü də vurğulayıb.
Vüqar Ağamalıoğlu, Bizim.Media