Xarkovlu oğlanla rus əsgərinin SEVGİ ROMANI 

Xarkovlu oğlanla rus əsgərinin SEVGİ ROMANI 

Hazırda oxunan: Xarkovlu oğlanla rus əsgərinin SEVGİ ROMANI 

110658

İtaliyanın REA Film şirkəti rusiyalı hərbçi ilə xarkovlu gəncin sevgisindən bəhs edən film çəkib.

Bu ideya çəkiliş qrupunda Romadakı qohumlarını ziyarət edən Xarkov sakini ilə ünsiyyətdən sonra meydana gəlib.

Bizim.Media xəbər verir ki, informasiyanı “Ukrayna həqiqəti” nəşri yayıb.

“Sərhədsiz” adlı qısametrajlı filmin rejissoru Nikolas Morqanti Patriqnatidir. Ssenari müəllifi və prodüseri isə pianoçu Rozario Qorqon olub.
Süjetə görə, 17 yaşlı Xarkov sakini Denis müharibədən İtaliyadakı nənəsinin yanına qaçır, lakin orada 19 yaşlı sevgilisi, rusiyalı hərbçi Dmitrini unuda bilmir. Filmdə Xarkovda baş verən hadisələr göstərilir, üçrəngli rus formasını geyinən hərbçi ukraynalı oğlanı qucaqlayır.

2022-ci ilin iyulunda rusiyalı ordudan qaçır. Denis də nənəsinə "Bağışla, nənə, getməliyəm. Tezliklə onunla  qayıdacağam. Səni sevirəm" qeydini yazıb Ukraynaya qayıdır.

Nənəsi bunu oxuyanda televiziyada Xarkovun atəşə tutulmasının kadrları göstərilir.

Ukrayna-Moldova sərhədində ukraynalı oğlan və rus əsgər bir-birlərinə tərəf qaçırlar, Dmitri büdrəyir, Denis isə yerə yıxılır.

"Bizim homoseksual qısametrajlı filmimiz müharibənin kölgəsində baş verən, çox vaxt unudulmağa məhkum olan çoxsaylı faciələrdən yalnız birini izah edir. Hakimiyyət tərəfindən sıxışdırılan iki oğlanın sevgisi, silahsız mülki şəxslərə qarşı siyasətçilərin repressiyaları bizə təsir edir" deyə Rozario Qorqon qeyd edib.
Ssenari müəllifi bildirib ki, 2022-ci ilin martında o, Romada nənəsini ziyarət edən ukraynalı Denislə söhbət edib.

Film haqda rəylər özünü çox gözlətməyib. Sənət əsəri sosial şəbəkələrdə bir çox ukraynalıların qəzəbinə səbəb olub. Onlar filmin yaradıcı heyətini ittiham edirlər ki, müharibə başlayandan sonra ukraynalılarla ruslar arasında hansısa sevgi münasibətlərinin (xüsusilə qeyri-ənənəvi) mümkünlüyü real görünmür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO