Kanadada Abramoviçin aktivlərinin müsadirəsinə BAŞLANILDI 

Kanadada Abramoviçin aktivlərinin müsadirəsinə BAŞLANILDI 

Hazırda oxunan: Kanadada Abramoviçin aktivlərinin müsadirəsinə BAŞLANILDI 

110517

Kanada hökuməti Ukraynadakı vəziyyətə görə rəsmi Ottavanın iqtisadi sanksiyalarına məruz qalan rusiyalı iş adamı Roman Abramoviçin aktivlərinin müsadirəsi prosesinə başlayıb. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. 

“Xarici işlər naziri Melani Joli bu gün Kanadanın xüsusi iqtisadi tədbirlər barədə qanununun müddəalarına görə sanksiyalar altında olan rusiyalı oliqarx Roman Abramoviçə məxsus “Granite Capital Holdings Ltd”dən 26 milyon ABŞ dolları müsadirə ediləcəyini açıqlayıb”, - deyə sənəddə qeyd edilib. 

Qeyd olunub ki, rəsmi Ottava ilk dəfə sanksiya tətbiq edilən vətəndaşların aktivlərinin müsadirəsinə imkan verən müddəadan istifadə etməyi qərara alıb.

Bunun üçün Kanada XİN başçısı məhkəməyə müraciət etməli olacaq, məhkəmənin müsbət qərarı olduğu halda bu vəsait Ukraynanın bərpasına yönəldiləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO