Rişi Sunak Britaniyadakı qeyri-qanuni miqrantları bu ölkəyə göndərmək istəyir

Rişi Sunak Britaniyadakı qeyri-qanuni miqrantları bu ölkəyə göndərmək istəyir

Hazırda oxunan: Rişi Sunak Britaniyadakı qeyri-qanuni miqrantları bu ölkəyə göndərmək istəyir

110215

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İcmalar Palatasında qeyri-qanuni immiqrasiyanın qarşısının alınması planını təqdim edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, müraciətlərinə imtina cavabı verilmiş sığınacaq axtaranların Ruandaya deportasiya edilməsini təklif edir.

Qeyd edilib ki, London və Kiqali sazişi hələ bu ilin aprelində, keçmiş baş nazir Boris Consonun hakimiyyətdə olduğu vaxt imzalayıb.

Qeyri-qanuni mühacirlərin qəbulu üçün Britaniya hakimiyyəti Ruandaya ölkənin iqtisadi inkişafına sərmayə kimi 120 milyon funt-sterlinq vəd edib. Qeyd edək ki, Britaniya qaçqınların qəbuluna ildə 1,5 milyard funt sterlinq xərcləyir.
Mühafizəkarların əksəriyyəti Sunakın planını dəstəkləyib. Eyni zamanda müxalifət partiyaları və hüquq müdafiəçiləri bu təşəbbüsü qeyri-etik hesab edərək tənqid ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO