İordaniyada zorakılığa təşviq edən paylaşımlar olduğu üçün "TikTok"a giriş müvəqqəti olaraq bloklanıb.
Bizim.Media "Global Haber"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Təhlükəsizlik Baş İdarəsinin Kiber Cinayətlər Bölməsi tərəfindən açıqlama verilib.
Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Bölməsi sosial şəbəkələrdə nifrət, təxribat, təhlükəsizlik qüvvələrinə və ictimai əmlaka hücumlar, yolların bağlanmasını təbliğ edən yazıları izləyir.
Açıqlamada sözügedən cinayətləri törədənlərin məsuliyyətə cəlb ediləcəyi bildirilib.
Ayrıca, İordaniyanın daxili işlər naziri Mazin əl-Faraye, polis rəisi Ubeydullah əl-Muayta və hökumət sözçüsü Faysal Şubul paytaxt Əmmandakı nazirlik binasında məsələ ilə bağlı birgə mətbuat konfransı keçiriblər.
Nazir bu cür hərəkətlərin yaşandığı bölgələrdə təhlükəsizlik tədbirlərini artıracaqlarını və təhlükəsizlik qüvvələrini gücləndirəcəklərini bildirib.
Nümayişlərdən və "dinc" ifadə azadlığından heç kimin sui-istifadə etməsinə icazə verməyəcəklərini vurğulayan nazir "Nümayişin şiddətə çevrilməsi, ictimai mülkə və dövlətin təhlükəsizliyinə zərər verməsi qəbuledilməzdir" - deyə qeyd edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:24 / 17.12.2022
Bu ölkədə TİKTOK bloklandı
Hazırda oxunan: Bu ölkədə TİKTOK bloklandı
Hazırda oxunan: Bu ölkədə TİKTOK bloklandı
110156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.