ABŞ bu həftə Çinin 30-dan çox texnologiya şirkətinə, o cümlədən ölkənin ən böyük yaddaş mikrosxemi istehsalçısı olan “YMTC” kompaniyasına qarşı sanksiya tətbiq edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin kompaniyalar ABŞ Ticarət Nazirliyinin xüsusi ixrac icazəsi olmadan Amerika yarımkeçiricilərini və mikrosxemlərin istehsalı üçün avadanlıqları ala bilməyəcək.
Cozef Bayden administrasiyasının bu addımı Çin və Amerika arasında texnologiya münaqişəsinin daha da kəskinləşməsindən xəbər verir. Oktyabr ayında ABŞ ticarət departamenti Çinin 28 texnologiya kompaniyasının ABŞ istehsalı olan yarımkeçiricilərə çıxışını məhdudlaşdırmışdı.
Birləşmiş Ştatların ticarət naziri Cina Raymondo bildirib ki, Vaşinqtonun məqsədi Çinin iqtisadi artımını ləngitmək deyil, onun hərbi imkanlarını inkişaf etdirmək üçün Amerika texnologiyasından istifadəsinin qarşısını almaqdır.
Onun sözlərinə görə, məhdudiyyətlər yalnız ən son texnoloji nailiyyətlərə aiddir və standart mikrosxemlərin yayılmasına nəzarət etmək mənasızdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:30 / 15.12.2022
ABŞ Çinin 30-dan çox texnologiya şirkətinə sanksiya tətbiq edəcək
Hazırda oxunan: ABŞ Çinin 30-dan çox texnologiya şirkətinə sanksiya tətbiq edəcək
Hazırda oxunan: ABŞ Çinin 30-dan çox texnologiya şirkətinə sanksiya tətbiq edəcək
109669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.