Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının taleyinə aydınlıq gətirildi

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının taleyinə aydınlıq gətirildi

Hazırda oxunan: Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının taleyinə aydınlıq gətirildi

109254

“Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasının fəaliyyəti dekabrın 19-da başa çatacaq”. 

Bizim.Media xəbər verir ki, bunu “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə keçirilən brifinqdə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib. 

O, bildirib ki, oktyabrda yaradılmış missiya effektivliyini göstərib:  

“Lakin missiya həm Ermənistan, həm də Azərbaycanla razılaşmalara uyğun olaraq dekabrın 19-da öz işini başa çatdıracaq. Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi nüfuzumuzu qorumaq üçün biz gələn il mümkün mülki missiyaları müzakirə etmək məqsədilə Ermənistana nümayəndələr qrupu göndərəcəyik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO