ABŞ-ın hərbi gəmisi Gürcüstan sularında göründü

ABŞ-ın hərbi gəmisi Gürcüstan sularında göründü

Hazırda oxunan: ABŞ-ın hərbi gəmisi Gürcüstan sularında göründü

10905

ABŞ-ın 6-cı Hərbi Dəniz donanmasına məxsus “Donald Kuk” (USS Donald Cook-DDG-75) hərbi gəmisi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ABŞ-ın hərbi üstünlüyünə həsəd aparır


Məlumata görə, hərbi gəmini Batumi limanında Gürcüstan DİN-in Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin kapitanı Ramaz Papidze qarşılayıb.

Səfərin  ABŞ-la Gürcüstan arasında dənizçilik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıdığı vurğulanıb.

Destroyerin Gürcüstanın Sahil Mühafizəsi ilə planlaşdırılan təlimləri başa vurduqdan sonra, 6 fevral tarixində bu ölkənin ərazi sularından ayrılacağı bildirilib.

Qeyd edək ki, “Donald Kuk” hərbi gəmisi idarəolunan raketlər daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO