“Samsung” Galaxy A13 üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

“Samsung” Galaxy A13 üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

Hazırda oxunan: “Samsung” Galaxy A13 üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

108024

Samsung şirkəti öz smartfonlarında Android 13 əməliyyat sistemini istifadəyə verməyə davam edir.

Bizim.Media xəbər verir ki, bu dəfə sözügedən əməliyyat sistemini Galaxy A seriyasının daha bir modeli əldə edib. Söhbət, Galaxy A13 5G smartfonundan gedir.  

Məlumatda qeyd edilib ki, Android 13-ün stabil versiyasını Galaxy A13 5G-nin Avstriya, Xorvatiya, Fransa, İrlandiya, İtaliya, Polşa, Portuqaliya, Serbiya, Sloveniya, İsveçrə, Çexiya və Böyük Britaniyadan olan istifadəçilər əldə etməyə başlayıblar.  
Digər ölkələrdə Galaxy A13 5G üçün Android 13-ün stabil versiyası yaxın günlərdə istifadəyə veriləcək. Android 13 ilə yanaşı Galaxy A13 5G smartfonu həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin aktual təhlükəsizlik yenilənməsini əldə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO