SEPAH-dan yəhudi yazıçıya SUİ-QƏSD PLANI 

SEPAH-dan yəhudi yazıçıya SUİ-QƏSD PLANI 

Hazırda oxunan: SEPAH-dan yəhudi yazıçıya SUİ-QƏSD PLANI 

107531

İslam Respublikasının Qərb ölkələrində cinayətkar fəaliyyətləri ilə bağlı aparılan geniş araşdırmaya əsasən, İran İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələri bir fransız yazıçısına sui-qəsd planlaşdırıb. 

Bizim.Media ABŞ-ın “Washington Post” nəşrinə istinadən xəbər verir ki, İran İslam Respublikası fransız yəhudi yazıçısı Bernard-Henri Levyi öldürməyi planlaşdırıb.  

Nəşr qeyd edib ki, İranın təhlükəsizlik orqanları dünyanın müxtəlif yerlərində rejim əleyhdarlarını təhdid etmək, qaçırmaq və öldürmək üçün cinayətkar dəstələrdən geniş istifadə edir və bu tendensiya son iki ildə əhəmiyyətli dərəcədə artıb. 
Sözügedən nəşr bu haqda bildirərkən “hökumət sənədlərinə” istinad edərək əlavə edib ki, bununla bağlı “ABŞ, Avropa və Yaxın Şərq ölkələrinin kəşfiyyat xidmətlərinin 15-ə yaxın rəsmisi” ilə danışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO