Polşada Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir

Polşada Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir

Hazırda oxunan: Polşada Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir

107120

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Regionda yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülh arxitekturasının perspektivləri” adlı konfransda iştirak edir.

Bizim.Media xəbər verir ki, konfrans Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilir.

Tədbir iştirakçıları Cənubi Qafqazda cari geosiyasi prosesləri, bu regionda davamlı sülhün və inkişafın təmin edilməsi perspektivlərini müzakirə edəcəklər.

Xatırladaq ki, dekabrın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO