“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzünün ilk günlərindən Ukraynanın etnik azərbaycanlı vətəndaşları dövlətin müdafiəsində möhkəm dayandılar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Ukraynanın Azərbaycandakı səfir Vladislav Kanevski yazıb.
“Ukrayna Silahlı Qüvvələrinin sıralarında bizim qardaşlarımız (azərbaycanlılar nəzərdə tutulur) rus işğalçılarından torpaqlarımızı azad edərək Ukraynanın ərazi bütövlüyünü qəhrəmancasına müdafiə edirlər.
Bu gün onlar Ukrayna Silahlı Qüvvələrinin tərkib hissəsidir”, deyə o, qeyd edib.
Səfir paylaşımına Ukraynada döyüşən azərbaycanlılarla bağlı görüntüləri əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:36 / 30.11.2022
Ukraynada döyüşən azərbaycanlılar - VİDEO
Hazırda oxunan: Ukraynada döyüşən azərbaycanlılar - VİDEO
Hazırda oxunan: Ukraynada döyüşən azərbaycanlılar - VİDEO
107052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.