Amerikalı milyarder İlon Mask “Twitter”i "təkmilləşdirməyə" davam edir.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə koronavirus və peyvənd haqqında dezinformasiya ilə mübarizə siyasətindən imtina edib.
Belə ki, 2020-ci ildə “Twitter” virus və onun peyvəndləri haqqında “zərərli dezinformasiyanı” qadağan etməyə çalışan geniş qaydalar toplusu hazırlayıb.
2020-ci ilin yanvarından 2022-ci ilin sentyabrına qədər şirkət tərəfindən yayımlanan statistikaya əsasən, koronavirusla bağlı dezinformasiya qaydalarını pozduğuna görə, 11 mindən çox hesab dondurulub, bu qaydaları pozan 100 minə yaxın məzmun isə silinib.
“Twitter” qayda dəyişikliyi barədə rəsmi olaraq elan verməsə də, bəzi istifadəçilərə artıq COVID-19 siyasətini əks etdirən səhifəyə əlavə edilmiş bir qeyd göndərilib.
“23 Noyabr 2022-ci il tarixindən etibarən “Twitter” artıq COVID-19 ilə bağlı yanlış məlumat siyasətini tətbiq etmir”, - deyə qeyddə deyilib.
Mask həmçinin, əvvəllər qadağan edilmiş bir çox “Twitter” hesablarını bu həftə bərpa edəcəyinə söz verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:23 / 29.11.2022
“Twitter”də YENİLİK – Mask indi də bu qaydadan imtina etdi
Hazırda oxunan: “Twitter”də YENİLİK – Mask indi də bu qaydadan imtina etdi
Hazırda oxunan: “Twitter”də YENİLİK – Mask indi də bu qaydadan imtina etdi
106994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.