“Belarus Ukraynaya qarşı müharibəyə girsə, intiharı olacaq” – Rəsmi Kiyev

“Belarus Ukraynaya qarşı müharibəyə girsə, intiharı olacaq” – Rəsmi Kiyev

Hazırda oxunan: “Belarus Ukraynaya qarşı müharibəyə girsə, intiharı olacaq” – Rəsmi Kiyev

106763

“Belarusun Ukraynaya qarşı müharibəyə girmək cəhdi onun üçün intihar olacaq”.

Bizim.Media “Ukrinform.ru” saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov yayıb.

O, “Aleksandr Lukaşenko Ukrayna dövləti üçün təhlükəlidirmi?” sualına aydınlıq gətirib.

Yusov izah edib ki, Belarusun guya hücuma hazırlaşdığı barədə məlumat məqsədli şəkildə yayılıb:

“Belə saxtakarlıqlar Rusiya üçün faydalıdır, çünki təcavüzkar ölkə ukraynalıları qorxutmağa çalışır”.

Onun sözlərinə görə, xüsusi məlumat və psixoloji əməliyyatlar çox vaxt bir neçə məqsəd güdür:

“Biz müxtəlif məqsədlər görürük. İlk növbədə sərhədyanı rayonların sakinləri arasında panika yaymaqdır. Həm də  Ukrayna müdafiə qüvvələrini başqa istiqamətlərə köçürməkdir”.

O, qeyd edib ki, indi düşmənin öz qarşısına hansı məqsədlər qoyduğunu anlamaq çox vacibdir:

“Bu cür təxribata boyun əymək olmaz. Biz demirik ki, Lukaşenko rejimindən heç bir təhlükə yoxdur. Var. Lukaşenko Putinə silah, sursat və zirehli texnika ilə kömək edir. O, Ukraynaya hücumlar üçün öz hava məkanını verir”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı noyabrın sonunda düşmənin Ukraynaya şimal sərhədlərindən hücum etmək planı barədə məlumatı saxta adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO