Polşada ukraynalı qaçqınlar arasında kütləvi ZƏHƏRLƏNMƏ - 15-i uşaqdır

Polşada ukraynalı qaçqınlar arasında kütləvi ZƏHƏRLƏNMƏ - 15-i uşaqdır

Hazırda oxunan: Polşada ukraynalı qaçqınlar arasında kütləvi ZƏHƏRLƏNMƏ - 15-i uşaqdır

106622

Polşanın Qluxolazi şəhərində ukraynalı qaçqınların kütləvi zəhərlənməsi qeydə alınıb, 20-dən çox insan xəstəxanaya yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Polşa portalı məlumat yayıb.

“Cümə günü axşam saatlarında Qluxolazidəki mərkəzdə yerləşən qaçqınlarda zəhərlənmə əlamətləri aşkarlanıb. Əsasən 2 yaşdan 16 yaşa qədər uşaqlar zəhərlənib. Ümumilikdə onların sayı 23 nəfərdir. 8-i böyük və 15-i uşaqdır”, - nəşr qeyd edib.

Yerli həkimlər adi qida zəhərlənməsini elan ediblər, lakin laboratoriya müayinələrinin nəticəsi hələ ki, yoxdur. 

Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO