Dodi Əl-Fayedin atası: “Şahzadə Diana oğlumdan uşaq gözlədiyi üçün öldürülüb”

Dodi Əl-Fayedin atası: “Şahzadə Diana oğlumdan uşaq gözlədiyi üçün öldürülüb”

Hazırda oxunan: Dodi Əl-Fayedin atası: “Şahzadə Diana oğlumdan uşaq gözlədiyi üçün öldürülüb”

106621

Şahzadə Diana və onun sevgilisi Dodi Əl Fayedin avtomobil qəzasında həlak olmasından iyirmi ildən çox vaxt keçsə də, faciəvi qəza ilə bağlı yeni iddialar ortaya çıxır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “OK Magazine” nəşrində yer alıb.

Əl-Fayedin atası Mohamed Al-Fayedin sözlərinə görə, ABŞ kəşfiyyatçıları  Diana ilə Dodinin avtomobildə söhbətini dinləmək üçün peyklərdən istifadə ediblər və cütlüyün uşaq gözlədiyi məlum olub.

“Bir gün həqiqət üzə çıxacaq. Sübutlar onun oğlumdan hamilə olduğunu göstərəcək. Diana və Dodinin müsəlmandan uşaq gözlədiyi üçün öldürüldüyünə inanıram”, deyə o, qeyd edib.

Yarılma Diananın həqiqətən hamilə olub-olmadığını təsdiqləyəcəkdi, lakin  öldüyü elan edildikdən dərhal sonra onun orqanları çıxarılıb.

Mohamedin müstəntiqlərinin sözlərinə görə, Diananın sevgisi ilə bağlı 100-dən çox məxfi sənəd və qeydlər Milli Təhlükəsizlik Agentliyinin  məxfi qərargahı olan Fort Meade anbarında saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO