Rusiya Ukraynaya deyil, başqa ölkəyə hücuma hazırlaşıb? - ABŞ mətbuatı sirri açdı

Rusiya Ukraynaya deyil, başqa ölkəyə hücuma hazırlaşıb? - ABŞ mətbuatı sirri açdı

Hazırda oxunan: Rusiya Ukraynaya deyil, başqa ölkəyə hücuma hazırlaşıb? - ABŞ mətbuatı sirri açdı

106601

Ukraynanın işğalından əvvəl Rusiya prezidenti Vladimir Putin Yaponiya ilə hərbi münaqişəyə ciddi hazırlaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” jurnalı yazıb. 

Jurnalistlər Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq edən naməlum bir şəxs tərəfindən yazılmış 17 mart tarixli məktub əldə edib.

Jurnalın məlumatına görə, müraciət hazırda Fransada olan rusiyalı hüquq müdafiəçisi və Gulagu.net layihəsinin təsisçisi Vladimir Oseçkinə ünvanlanıb.

Mesajında "Dəyişiklik küləyi" kodu olan bir kəşfiyyat agenti iddia edir ki, Vladimir Putin 2021-ci ildə Yaponiya ilə hərbi münaqişəyə ciddi hazırlaşıb:

"Ölkələrin kəskin qarşıdurma və hətta müharibə mərhələsinə qədəm qoyacağına inam yüksək idi. Müharibə üçün Ukraynanın niyə seçildiyinə başqaları cavab verməlidir”.

Məlumat verən şəxs Yaponiyanı hədəf alan elektron müharibə helikopterlərinin hərəkətini təfərrüatlı şəkildə izah edib.

Nəşrin məqaləsinə görə, böyük şövqlə yaponları "nasist" və "faşist" kimi etiketləyən təbliğat maşını da işə salınıb.

“Dəyişiklik küləyi” Yaponiyaya hücum siqnalını gözləyən rus helikopterlərinin dəqiq mövqelərini açıqlayıb. Onun sözlərinə görə, Kreml rəhbərliyinin manyakcasına müharibə həvəsi ucbatından Rusiya üçün müharibə qaçılmaz olub.

FTX agenti Oseçkinə yazdığı məktubda iki ölkə arasında əsas məqsədin Kuril adaları olacağını da iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO