Lavrovun Minskə səfəri təxirə salındı - SƏBƏBİ BUDUR

Lavrovun Minskə səfəri təxirə salındı - SƏBƏBİ BUDUR

Hazırda oxunan: Lavrovun Minskə səfəri təxirə salındı - SƏBƏBİ BUDUR

106567

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Minskə işgüzar səfəri Belarusun xarici işlər naziri Vladimir Makeyin vəfatı ilə əlaqədar təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Noyabrın 27-dən 28-dək Minskdə Rusiya Xarici İşlər Nazirliyi və Belarus Xarici İşlər Nazirliyi kollegiyalarının birgə iclası da keçirilməli idi.
"Səfərin yeni tarixləri və kollegiyaların birgə iclası daha sonra açıqlanacaq", - mesajda deyilir.

Makey noyabrın 26-da 64 yaşında vəfat edib. Diplomatın ölüm səbəbi məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO