Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq

Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq

Hazırda oxunan: Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq

106525

Polşa Ukrayna taxılının ixracı üçün Ukrayna ilə sərhəd infrastrukturunu genişləndirmək niyyətindədir və artıq bu məqsədlə xeyli miqdarda vəsait ayırır.

Bizim.Media "report"a istinadən xəbər verir ki, bunu Kiyevdə keçirilən "Ukraynadan taxıl" sammitində Polşanın

Baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, Rusiyanın Qara dənizdə Ukrayna taxıl və ərzaq məhsullarının ixracını blokadaya alması səbəbindən Polşa Ukrayna ilə sərhəddə yeni keçid məntəqələrinin tikintisinə hazırlaşır:

"Bu, Polşa vasitəsilə Baltik dənizindəki limanlarımıza tranzit ixracını təmin etmək üçün Ukraynanın bərpasını dəstəkləmək və bugünkü çağırışların aradan qaldırılmasına dəstək vermək üçün lazımdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO