“Avropa İttifaqı ölkələri tərəfindən təkbaşına buraxıldım” – Angela Merkel

“Avropa İttifaqı ölkələri tərəfindən təkbaşına buraxıldım” – Angela Merkel

Hazırda oxunan: “Avropa İttifaqı ölkələri tərəfindən təkbaşına buraxıldım” – Angela Merkel

106386

Almaniyanın keçmiş kansleri Angela Merkel nüfuzlu “Der Spigel” jurnalında dərc olunan müsahibəsində Rusiya-Ukrayna müharibəsini qiymətləndirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Merkel 2021-ci ildə Moskvada Rusiya Prezidenti ilə görüşü barədə yazıb. O, bildirib ki, həmin görüşdə səlahiyyət müddəti bitdiyi üçün Putin ona “Siyasi baxımdan bitmisən” mesajını verib.

Müsahibəsində Merkel o vaxt Ukrayna ilə Rusiya arasında dialoq yaratmaq istədiyini, lakin Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən təkbaşına buraxıldığını bildirib:

"Mən çox arzulayıram ki, sülh dövrü olsun, çünki Ukrayna məsələsi ilə çox məşğul olmuşam. Amma, Minsk razılaşması pozuldu. Makron və mən Avropa Şurasında Putinlə müstəqil müzakirə formatı aparmaq istəyirdik. İnsanlar buna etiraz etdilər. Özümü müdafiə edə bilmədim, çünki hamı mənim missiyamın payızda bitəcəyini bilirdi".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO