Rusiya və Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi Teleqram kanalında məlumat yayıb.
“Noyabrın 24-də danışıqlar prosesi nəticəsində 50 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, - deyə məlumatda bildirilib.
Bildirilib ki, geri qaytarılan əsirlər müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq, onların hər birinə lazımi tibbi və psixoloji yardım göstəriləcək.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da rəsmi "Twitter"də hesabında bununla bağlı paylaşım edib:
“50 hərbçimiz əsirlikdən azad edilib. Onlardan 19 hərbçi Mariupolun müdafiəsində iştirak edib, onlardan isə 12-si Azovstaldan təxliyə olunub. Həmçinin, əsirlərin 15-i Çernobıl AES-dən, 7-si isə İlan adasından olan hərbçilərdir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:29 / 24.11.2022
Rusiya-Ukrayna arasında növbəti əsir mübadiləsi – 100 hərbçi azad edildi
Hazırda oxunan: Rusiya-Ukrayna arasında növbəti əsir mübadiləsi – 100 hərbçi azad edildi
Hazırda oxunan: Rusiya-Ukrayna arasında növbəti əsir mübadiləsi – 100 hərbçi azad edildi
106137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.