Putin Ermənistandadır - Rusiya Zəngəzur dəhlizi ilə bağlı SON TAPŞIRIQLARINI verəcək

Putin Ermənistandadır - Rusiya Zəngəzur dəhlizi ilə bağlı SON TAPŞIRIQLARINI verəcək

Hazırda oxunan: Putin Ermənistandadır - Rusiya Zəngəzur dəhlizi ilə bağlı SON TAPŞIRIQLARINI verəcək

105874

Rusiya və Ermənistan arasında son günlərdə yük daşımaları məsələsində ciddi narazılıq yaranıb. Belə ki, erməni yük maşınları artıq 25 gündür ki, Lars keçid məntəqəsindən Rusiyaya buraxılmır. 

Məsələ ilə bağlı ölkələrin mətbuatında fikirlər haçalanır. Rusiya mətbuatı erməni sahibkarlara qarşı bu addımın atılmasına səbəb kimi, Krım körpüsünün partladılmasında erməni izinin olduğunu önə sürürlər. Ermənistan KİV-i isə Rusiyanın gördüyü tədbiri siyasi manevr kimi qiymətləndirir. “Yerevan Today” nəşrinin yazdığına görə, Rusiya erməni sürücülər üçün sərhəddə maneə yaratmaqla İrəvana Zəngəzur dəhlizinin reallaşdırılması üçün təzyiq göstərməyə çalışır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya üçün Zəngəzur dəhlizi böyük əhəmiyyət kəsb edir:
 

MÖVZU İLƏ BAĞLI:

Putinin gözlənilməz ZƏNGİ – Qarabağda gərginlik artır, Zəngəzur məsələsi isə...


“Xüsusən də, Rusiya Türkiyə ilə ticarət dövriyyəsini bu yol vasitəsilə daha qısa müddətdə və ucuz şəkildə həyata keçirə bilər. Hal-hazırda Rusiya-Türkiyə ticarət dövriyyəsi əvvəlki dövrlə müqayisədə 2,5 dəfə artıb və bu rəqəm artmağa davam edir. Bu daşımaları təkcə tırlar vasitəsilə həyata keçirmək mümkünsüzdür. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə isə işlər hələlik tam qaydaya salınmayıb.

Bu səbəbdən də, Rusiya çalışır ki, Türkiyə və Yaxın Şərq ölkələri ilə ticarətin həyata keçirilməsində əlverişli imkanlara malik Zəngəzur avtomobil və dəmir yolu qısa müddətdə reallaşsın. Kreml yaxşı anlayır ki, bu dəhliz ilk növbədə Rusiyaya lazımdır. Ermənistanın özü üçün də koridorun açılması vacibdir. Lakin İranın təkidləri ilə Ermənistanın bu məsələdə “tormozlama” siyasəti Rusiya tərəfindən qıcıqla qarşılanır. Moskva da bu səbəbdən təzyiq yolu ilə məsələni qaydasına qoymağa çalışır”.

Qabil Hüseynlinin sözlərinə görə, Zəngəzur məsələsində Ermənistana edilən təzyiqlərin nəticə verməsi ehtimalı olduqca yüksəkdir:

“Təzyiq və istək təkcə Rusiya tərəfindən yox, Azərbaycan və Türkiyədən də var. Üstəlik, dəhlizin açılması Ermənistanın iqtisadi maraqlarına da uyğundur. Əgər sıralama aparsaq, Zəngəzur dəhlizi ilk növbədə Rusiyaya, daha sonra Ermənistana, üçüncüsü isə Azərbaycan və Türkiyəyə lazımdır. Doğrudur, İran üçün də dəhlizin açılması vacibdir, lakin onlar türk dünyasının birləşməsi kimi absurd tezis ortaya atıblar. Buna rəğmən, bölgə ölkələri üçün vacib missiyanı həyata keçirəcək dəhliz açılacaq”.

Onu da qeyd edək ki, bu gün KTMT-nin toplatısı çərçivəsində RF Prezidenti Vladimir Putin İrəvana gəlib. Onun Paşinyanla bu mövzular ətrafında gərgin söhbətləri olacağı deyilir. Həm də Moskva vaxt axarında Rusiyanın oyundan zərərli çıxacağından ehtiyatlanaraq, Ermənistanı bəzi konstruktiv adddımlar atmağa məcbur edəcək.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO