“Fransa ordusu böyük sarsıntı içərisindədir” – Keçmiş deputat

“Fransa ordusu böyük sarsıntı içərisindədir” – Keçmiş deputat

Hazırda oxunan: “Fransa ordusu böyük sarsıntı içərisindədir” – Keçmiş deputat

105588

"Fransa ordusu böyük sarsıntı içərisindədir və bu bizə heç də yaxşı nələrsə vəd etmir". 

Bizim.Media xəbər verir ki, bunu Fransa "Patriotlar" hərəkatının lideri, keçmiş Avropa Parlamentinin deputatı Florian Filippo özünün tvitter hesabında yazıb. 

O, bunun səbəbini Fransa hökumətinin əsas silah arsenalını Kiyevə göndərməkdə gördüyünü açıqlayıb.

Filipponun fikrincə, Ukrayna tərəfini silahlandırmaq yalnız müharibəni alovlandırır.

“Fransanın Ukraynaya silah göndərməsi həm regionda vəziyyəti qızışdırır, həm də öz silah, texnika arsenalımızın azalmasına, ümuilikdə isə ordumuzun zəifləməsinə səbəb olacaq” - deyə siyasətçi bildirib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO