Türkiyə Suriyadan yenə də raket atəşinə tutuldu - YENİLƏNİB/VİDEO

Türkiyə Suriyadan yenə də raket atəşinə tutuldu - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Türkiyə Suriyadan yenə də raket atəşinə tutuldu - YENİLƏNİB/VİDEO

105474

Suriyanın şimalından Türkiyə ərazisi yenidən atəşə tutulub. 

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Kilis şəhərinə 3 raket düşüb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. 

*** 13.48

Suriyadan Türkiyəyə raket zərbələri endirilib, üç nəfər ölüb, altı nəfər yaralanıb.

Bizim.Media "Haberturk"ə istinadən xəbər verir ki, hücum nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, hücum nəticəsində 1 müəllim və 1 şagird dünyasını dəyişib.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

*** 13.19

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 4 raket atıb.

Bizim.Media "Haberturk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO