Rusiyanın Moskva şəhərinin Komsomol meydanında gül anbarında yanğın baş verib.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Qeyd edək ki, yanğın yerli vaxtla saat 15:13-də sahəsi 2,5 min kvadrat metr olan anbarda başlayıb.
Saat 18:20-də yanğını lokallaşdırmaq mümkün olub, saat 23:55-də isə yanğın tam söndürülüb.
Bizim.Media