Bolqarıstanda İstanbul teraktı ilə bağlı 5 nəfər saxlanıldı

Bolqarıstanda İstanbul teraktı ilə bağlı 5 nəfər saxlanıldı

Hazırda oxunan: Bolqarıstanda İstanbul teraktı ilə bağlı 5 nəfər saxlanıldı

105243

İstanbulda törədilən terror aktında şübhəli bilinən 5 nəfər Bolqarıstanda saxlanılıb.

Bizim.Media NOVA agentliyinə istinadən xəbər verir ki, saxlanılanlar arasında 3 nəfər Moldova vətəndaşı və bir nəfər ərəb əsilli şəxs var. 

Bu şəxslər İstanbulda terror aktı törədən şəxsə yardım etdiyinə görə müttəhim qismində saxlanılıb. Onlar terror aktı törədən şəxsə logistika və kommunikasiya ilə bağlı kömək edib.

Bolqarıstan Baş prokurorunun sözçüsü Siika Mileva xəbəri təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Terrorla Mübarizə İdarəsində cinayət işi başlanıb və bu gün şəhər məhkəməsində həbs-qətimkan tədbirinə baxacağı gözlənilir.

Əməliyyat tam məxfilik şəraitində keçirilib.

Qeyd edək ki, İstanbulda törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Faktla bağlı şübhəli bilinən 17 nəfər həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO