Bu ölkə hərbçiləri Ukrayna ordusuna təlim keçəcək

Bu ölkə hərbçiləri Ukrayna ordusuna təlim keçəcək

Hazırda oxunan: Bu ölkə hərbçiləri Ukrayna ordusuna təlim keçəcək

104362

Yeni Zelandiya Ukrayna Silahlı Qüvvələrinə hərbi təlimlər keçmək üçün daha 66 hərbçisini Böyük Britaniyaya göndərəcək.  

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Silahlı Qüvvələrindən bildirilib.  

Məlumatda qeyd edilib ki, onlar Ukraynanın özünümüdafiə qabiliyyətini artırmaq üçün işləməyə davam edəcəklər. “Qrupun tərkibi 31 iyul 2023-cü ilə qədər tamamlanmalıdır”, - deyə Yeni Zelandiya Birləşmiş Qüvvələrinin komandanı kontr-admiral Cim Gilmor deyib.  

Onun sözlərinə görə, Yeni Zelandiya Silahlı Qüvvələri Ukraynanın müdafiəsinə dəstək vermək üzrə beynəlxalq səylərdə rolunu davam etdirəcək. 

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək üçün Yeni Zelandiyanın artıq 135 hərbçisi Britaniya və Avropaya göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO