İsveçrədən vətəndaşlarına XƏBƏRDARLIQ –

İsveçrədən vətəndaşlarına XƏBƏRDARLIQ – "İrana səfər etməyin”  

Hazırda oxunan: İsveçrədən vətəndaşlarına XƏBƏRDARLIQ – "İrana səfər etməyin”  

104168

İsveçrə vətəndaşlarının İrana səfəri və onların həbs edilmə təhlükəsi ilə bağlı xəbərdarlıq edib.  

Bizim.Media xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

“Xalq etirazlarının davam etməsi, İslam Respublikası təhlükəsizlik qüvvələrinin döyüş güllələrindən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən vətəndaşlardan İrana səfər etməmələri istənilib” – deyə bəyanatda qeyd edilib.  
Həmçinin İsveçrə hökuməti bu yaxınlarda Ukrayna savaşında istifadə üçün Rusiyaya dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.

Ancaq İranın Avropada ikinci ən böyük iqtisadi tərəfdaşı olan İsveçrənin, İranda etirazçıların susdurulmasına görə İrana qarşı sanksiya planının olmadığını bildirməsi ölkənin bəzi siyasətçiləri və parlamentarilərinin mənfi reaksiyasına səbəb olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO