İran əsilli qardaşlar Rusiyaya casusluqda GÜNAHLANDIRILIR - FOTO

İran əsilli qardaşlar Rusiyaya casusluqda GÜNAHLANDIRILIR - FOTO

Hazırda oxunan: İran əsilli qardaşlar Rusiyaya casusluqda GÜNAHLANDIRILIR - FOTO

103929

İran əsilli iki qardaş İsveçdə Rusiyanın xeyrinə casusluqda günahlandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat "Azad İran" teleqram kanalında yayımlanıb.

Bildirilir ki, ötən ilin noyabrında həbs edilən İran əsilli iki qardaş Peyman və Pəyam Kia Rusiyaya casusluqda ittiham olunublar. Bundan öncə İsveç mediası bu iki qardaşı İranın xeyrinə casusluqda ittiham etmişdi. 

İsveç prokurorları iki qardaşı son 10 ildə Rusiyanın hərbi kəşfiyyat xidmətinə məxfi məlumatlar ötürməkdə ittiham edib. 

Sözügedən qardaşlar İranda doğulub, lakin uşaqlıqdan İsveçdə yaşayıblar və 2011-ci ilin martından keçən il həbs olunana qədər casusluq etməkdə ittiham olunurlar. 

42 yaşlı Peyman Kia İsveç ordusunda və bu ölkənin təhlükəsizlik polisində iş təcrübəsi var, onun 35 yaşlı qardaşı Pəyam isə bir müddət İsveçin Təhlükəsizlik Təşkilatında çalışıb. Hər iki qardaş ittihamları rədd edib. 
Son illərdə, xüsusən də Rusiyanın Ukraynaya hücumundan, İsveç və Finlandiyanın NATO-ya üzv olmaqla müraciətindən sonra bu iki ölkə ilə Rusiya arasında gərginlik artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO