ABŞ Ukraynada enerji bərpası üçün koordinator GÖNDƏRİR  

ABŞ Ukraynada enerji bərpası üçün koordinator GÖNDƏRİR  

Hazırda oxunan: ABŞ Ukraynada enerji bərpası üçün koordinator GÖNDƏRİR  

103500

ABŞ Dövlət Departamenti keçmiş səfir Cefri Payetti Rusiyanın kütləvi hava hücumlarından sonra Ukraynaya enerji sektorunun bərpasına kömək üçün koordinator təyin edib. 

Bizim.Media xəbər verir ki, bu barədə departamentin nümayəndəsi Ned Prays brifinq zamanı məlumat verib. 

O qeyd edib ki, Payett 2016-cı ilə qədər ABŞ-ın Ukraynadakı səfiri vəzifəsində çalışdığı üçün bu vəzifəyə ən layiqli namizəddir. 

"Rusiyanın bu qış istilik və elektrik enerjisini kəsmək cəhdlərinə baxmayaraq, Ukrayna hökumətinin möhkəm və güclü yardıma ehtiyacı olacaq. Putin döyüş meydanında uğursuzluğa düçar olduğundan, indi də Ukraynanın mülki infrastrukturuna qarşı müharibə aparır", - deyə Prays bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO