Aİ Kanadanı siyahıdan çıxardı

Aİ Kanadanı siyahıdan çıxardı

Hazırda oxunan: Aİ Kanadanı siyahıdan çıxardı

1035

Mart ayında yeni koronavirus (COVID-19) epidemiyası səbəbindən sərhədlərini bağlayan Avropa İttifaqı (Aİ) Kanadanı səyahət məhdudiyyətlərinin qaldırıldığı ölkələr siyahısından çıxarıb.

Bizim.Media teleqraf.com-a istinadən xəbər verir ki, artıq Kanada vətəndaşlarına 14 günlük karantin müddəti daxil olmaqla digər məhdudiyyətlər tətbiq olunacaq.  Aİ-nin Kanadaya qarşı atdığı bu addım ölkədə xəstəlik sayının artması ilə bağlıdır. Aİ-nin COVID-19 məhdudiyyətlərini tətbiq etmədiyi ölkələrin sayı 9-a çatıb. Siyahıya Avstraliya, Çin, Yaponiya, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya, Tailand və Uruqvay daxildir. Qeyd edək ki, Kanadanın Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 3 gündə COVID-19-dan 68 nəfər ölüb, yoluxma sayı 206. 336-ya çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO