Rus qoşunları Xerson vilayəti Dnepr çayı üzərindən çıxarılır.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində keçirilən müşavirədə Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin bildirib.
Sergey Surovikin bildirib ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyquya məruzə zamanı Xersonda Dnepr səddi (sol sahil) boyunca müdafiənin təşkilini təklif edib.
Müdafiə naziri məruzəni dinlədikdən sonra Rusiya Silahlı Qüvvələrinin Dnepr çayı üzərindən çıxarılması barədə göstəriş verib.
“Rusiya hərbçiləri Dnepr çayının sol sahilində mühəndislik baxımından hazırlanmış müdafiə xətlərini və mövqelərini tutacaq. Manevr ən qısa zamanda həyata keçiriləcək”,-deyə komandan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:39 / 09.11.2022
Rus qoşunları Xersondan çıxarılır - Şoyqudan TAPŞIRIQ - VİDEO
Hazırda oxunan: Rus qoşunları Xersondan çıxarılır - Şoyqudan TAPŞIRIQ - VİDEO
Hazırda oxunan: Rus qoşunları Xersondan çıxarılır - Şoyqudan TAPŞIRIQ - VİDEO
103496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.