İranda Rusiyaya kamikadze pilotsuz uçuş aparatlarının (PUA) tədarükü fonunda daxili qarşıdurmanın başlayacağı ehtimal edilir. Ölkənin ictimai xadimləri açıq şəkildə Rusiyaya bu ixracın əleyhinədirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Məlumata görə, tanınmış mühafizəkar din xadimi və İran qəzetinin redaktoru Məsih Mohaceri yazıb ki, İran hökuməti Rusiyaya beynəlxalq normalara riayət etməyi, müharibədə İran istehsalı olan dronlardan istifadəni yasaqlamaq, Ukrayna ilə münasibətləri isə daha sıx saxlamağı tövsiyə etməlidir:
“Niyə Ukraynada müharibə başlayandan sonra Rusiyaya demədiniz ki, İran dronlarından istifadə etmək hüquqları yoxdur? Bundan başqa, Rusiyanı müharibəni başladığına görə pisləmədiniz və niyə bu şər müharibəyə son qoymaq üçün iki tərəf arasında vasitəçilik səylərinizi ikiqat artırmadınız?”
Ruhani onu da vurğulayıb ki, Tehran hökumətinin İranın xarici siyasətinin əsas prinsiplərinə zidd olan Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyə hələ vaxtı var:
“İranın Ukraynadakı müharibə ilə bağlı edə biləcəyi ən az şey əvvəlcə hər iki tərəflə danışıqlar aparıb, onları atəşkəs və müharibənin dayandırılması barədə razılığa inandırmaq üçün vasitəçilik komitəsi yaratmaq ola bilərdi”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:00 / 07.11.2022
İranda Rusiyaya PUA tədarükü ilə əlaqədar daxili parçalanma başlayır
Hazırda oxunan: İranda Rusiyaya PUA tədarükü ilə əlaqədar daxili parçalanma başlayır
Hazırda oxunan: İranda Rusiyaya PUA tədarükü ilə əlaqədar daxili parçalanma başlayır
103242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.