Britaniyanın yeni baş naziri geyimlərinə böyük pullar XƏRCLƏYİR 

Britaniyanın yeni baş naziri geyimlərinə böyük pullar XƏRCLƏYİR 

Hazırda oxunan: Britaniyanın yeni baş naziri geyimlərinə böyük pullar XƏRCLƏYİR 

103035

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak qarderobuna külli miqdarda pul xərcləyir.

Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, buna görə ona ölkənin yeni stil ikonası ləqəbi verilib.

Moda ekspertlərinin fikrincə, gənc siyasətçi uzun illər ərzində ən dəbli baş nazir olub.

"Mühafizəkarlar Uinston Çörçilldən sonra heç vaxt bu qədər dəbli görünməyiblər", - deyə “GQ” kişi jurnalının Britaniya redaksiyasının redaktoru Teo Van de Broek bildirib.

Jurnalistlər müəyyən ediblər ki, Sunak üçün ən yaxşı London atelyelərində fərdi ölçülərlə ona uyğun kostyumlar tikilir. Bu kostyumların birinin qiyməti təxminən 3500 funt sterlinqdir (3982 dollar).
O, köynəkləri yalnız İtaliyanın The Traveling Artisan şirkətindən sifariş edir. Birinin qiyməti 160 funt sterlinqdən (182 dollar) başlayır.

Nazirə yaxın olan mənbələrin məlumatına görə, ona paltar seçimində həyat yoldaşı Akşata Merti kömək edir.

Qeyd edək ki, nazir xanımı 2007-2012-ci illərdə öz geyim markası “Akshata Designs”ın sahibi olub, lakin marka məhsulları gəlir gətirmədiyinə görə bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO