Azərbaycan və Türkiyə arasında daha bir anlaşma sənədi imzalanıb

Azərbaycan və Türkiyə arasında daha bir anlaşma sənədi imzalanıb

Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında daha bir anlaşma sənədi imzalanıb

102813

Azərbaycanla Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlıq protokolunun fəaliyyət planı imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık tviterdə yazıb. 

Onun sözlərinə görə, sənədə əsasən ailə xidmətləri, ailə təhsili kimi sahələrdə təcrübə mübadiləsi aparılacaq:

"Beləliklə, ölkələrimizin sosial və mədəni inkişafına töhfə vermək istəyirik. Azərbaycanla hər sahədə olduğu kimi, qadın, ailə və uşaq məsələsində də çiyin-çiyinə olmağa davam edəcəyik".

D.Yanık həmçinin qeyd edib ki, fəaliyyət planı çərçivəsində türk dövlətlərində ailə dəyərlərini təbliğ etmək, dəstəkləmək və gücləndirmək məqsədilə "Türk Dünyası Ailə Festivalı"nın təşkili planlaşdırılır. 

Sənədi Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb. 

Qeyd edək ki, B.Muradova Türkiyədə səfərdədir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO