Kiyevdə 450 min ev işıqsız qaldı

Kiyevdə 450 min ev işıqsız qaldı

Hazırda oxunan: Kiyevdə 450 min ev işıqsız qaldı

102800

“Ukraynanın paytaxtı Kiyevdə 450 min ev işıqsız qalıb”. 

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyevin meri Vitaliy Kliçko açıqlayıb. 

Onun sözlərinə görə, bu, əvvəlki günlər olduğundan 1,5 dəfə çoxdur. 

Onun fikrincə, elektrik enerjisinin kəsilməsi ölkənin enerji sisteminin mərkəzi qovşağının həddən artıq yüklənməsi səbəbindən baş verir. 

Kliçko paytaxt sakinlərini maksimum dərəcədə elektrik enerjisinə qənaət etməyə çağırıb və bildirib ki, vəziyyət çətin olaraq qalır. 

Xatırladaq ki, Rusiyanın mütəmadi olaraq Ukrayna ərazisini atəşə tutması nəticəsində ölkə üzrə bir neçə infrastruktur obyekti zədələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO