“Rusiyanın taxıl sazişindən çəkilməsi bizi şoka salıb” – Türkiyəli nazir 

“Rusiyanın taxıl sazişindən çəkilməsi bizi şoka salıb” – Türkiyəli nazir 

Hazırda oxunan: “Rusiyanın taxıl sazişindən çəkilməsi bizi şoka salıb” – Türkiyəli nazir 

102345

“Rusiyanın taxıl sazişindən çəkilməsi Türkiyəni təəccübləndirib”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Kənd və Meşə Təsərrüfatı naziri Vahit Kirişçi Rusiyanın taxıl müqaviləsində iştirakını dayandırmaq qərarına münasibət bildirərkən deyib. 

“Rusiyanın hücuma istinad edərək “mən bu işdə deyiləm” deməsi bizi bir daha şoka saldı. Amma əminəm ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın  rəhbərliyi ilə bu maneə də aradan qaldırılacaq”. 
Vahit Kirişçi Qara dənizə buraxılan gəmilərdəki taxıl miqdarında da bəhs edib: "421 gəmi taxıl dəhlizindən keçib. Onların daşıdığı yüklərin ümumi həcmi 9,7 milyon ton təşkil edib. Yükün Avropa ölkələri 61%-ni,  Asiya - 20%,  Afrika - 13% təşkil edib. Digərləri isə geridə qalan ölkələrin yükləridir”. 

Nazir qeyd edib ki, Türkiyə bundan sonra da kənd təsərrüfatına və fermerlərə dəstək olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO