Rusiya dövlət kanalında ölkəmizə qarşı növbəti TƏXRİBAT – FOTOFAKT - VİDEO

Rusiya dövlət kanalında ölkəmizə qarşı növbəti TƏXRİBAT – FOTOFAKT - VİDEO

Hazırda oxunan: Rusiya dövlət kanalında ölkəmizə qarşı növbəti TƏXRİBAT – FOTOFAKT - VİDEO

101751

Rusiyanın dövlət telekanalı olan "Rossiya24" tərəfindən Azərbaycan Respublikasının suverenyliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib. 

Bizim.Media xəbər verir ki, kanalın oktyabrın 28-də yayımlanan xəbərlər buraxılışında, qondarma qurumun sabiq rəhbəri Bako Saakyanın çıxışı nümayiş etdirilib. 

Bundan əlavə, Saakyan “Artsax prezidenti” kimi təqdim edilib.   

Verilişin müəllifi, jurnalist Natalya Solovyova Qərbin Vaşinqtonun simasında öz “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirir və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənir. 
Bundan başqa, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan prezident adlanır, onlar Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri”ndən sitat gətirirlər, həmçinin ermənipərəst ekspertlərin çıxışlarını göstərirlər. 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO