BMT Təhlükəsizlik Şurasında İranın ümumölkə etirazları ilə bağlı qeyri-rəsmi iclas keçiriləcək.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Amerika və Albaniyanın tələbi ilə BMT Təhlükəsizlik Şurası gələn həftə noyabrın 2-də İranın etirazları ilə bağlı qeyri-rəsmi iclas keçirəcək.
BMT Təhlükəsizlik Şurasının gələn həftə keçiriləcək qeyri-rəsmi iclasında BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman, hüquqşünas, Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin iştirakı planlaşdırılır.
"Görüşdə İranda qadınlara, qızlara və dini, etnik azlıqlara qarşı davam edən basqılar müzakirə olunacaq. Bu görüş İran hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı tərəfsiz və müstəqil araşdırma aparmaq üçün mövcud imkanları araşdıracaq",- deyə, "Reuters"in görüşün məqsədi ilə bağlı yaydığı mətnində deyilir.
Bununla yanaşı, görüşdə habelə etirazçılara qarşı qeyri-qanuni gücdən istifadənin davam etməsi və İran rejiminin xaricdəki hüquq müdafiəçiləri və müxalifləri təqib etmək, oğurlamaq və öldürmək cəhdləri də araşdırılacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:53 / 29.10.2022
BMT Təhlükəsizlik Şurasında İranla bağlı iclas keçiriləcək
Hazırda oxunan: BMT Təhlükəsizlik Şurasında İranla bağlı iclas keçiriləcək
Hazırda oxunan: BMT Təhlükəsizlik Şurasında İranla bağlı iclas keçiriləcək
101745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.