“KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil” – Lukaşenko - VİDEO

“KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil” – Lukaşenko - VİDEO

Hazırda oxunan: “KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil” – Lukaşenko - VİDEO

101710

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışıb.

Bizim.Media xəbər verir ki, Aleksandr Lukaşenko hər iki ölkəni dost ölkə adlandırıb və bütün məsələləri Azərbaycanın hazırkı rəhbərliyi ilə həll etməyə çağırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-İrəvan arasındakı ziddiyyət üçtərəfli bəyanatın şərtlərinə əsasən həll olunmalıdır - KTMT  


O, bəyan edib ki, KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil:

“Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdən KTMT-nin, digər tərəfdən isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Azərbaycan və Ermənistanla birlikdə biz MDB-nin üzvüyük. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var”.

A.Lukaşenkonun fikrincə, Azərbaycan KTMT-də heç kimə düşmən deyil:

“Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox. Prezident Putinin dediyini təsdiq edirəm ki, həm Ermənistan, həm də Azərbaycan bizim doğma dövlətlərimizdir. Vəziyyətin özəlliyi də budur. Biz bunu gözardı edə bilmərik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO